Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğanbank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır.
Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Muğanbank” ASC-nin ləğvedicisi təyin edilmişdir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub