Loqo haqqında

Ana səhifə / Haqqımızda

Əvvəlki loqo

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF/Fond) loqosu Fond yarandığı gündən bugünədək bir dəfə yenilənmişdir. Belə ki, Fond fəaliyyətə başladıqdan bir il sonra Fondun rəsmi veb saytı 11 yanvar 2008-ci ildə istifadəyə verilmişdir. Burada Əmanətlərin Sığortalanması Fondunun ilk loqosu əks etdirilmişdir. Əvvəlki loqonun ümumi görünüşündə əmanətlərin sığortalanması mexanizmini özündə simvolizə edən çətir əks olunmuşdur. Loqonun yuxarı və aşağı hissələrində isə Fondun adı Azərbaycan və ingilis dillərində qeyd edilmişdir.

Öz dövrünə görə vizuallıq baxımdan müxtəlif meyarlara uyğun olsa da zaman keçdikcə Fondun loqosunun dəyişilməsi və daha müasir standartlara cavab verən, zamanın tələblərinə uyğun olan yeni bir loqonun ərsəyə gəlməsi üçün müəyyən bir zərurət yaranmışdır.

Yeni loqo

Əmanətlərin Sığortalanması Fondunun yeni, müasir loqosu isə 2021-ci ildə hazırlanmışdır. Beynəlxalq və müasir dizayn tələblərinə uyğun olaraq tərtib edilən yeni loqo olduqca ifadəli və yaddaqalan təsviri ilə estetik baxımdan seçilir.

Əmanətlərin daha effektiv sığortalanmasını, güclü idarəetməsini və milli ornamentləri özündə təcəssüm edən Əmanətlərin Sığortalanması Fondunun yenilənmiş loqosu Fond haqqında xüsusi obrazın yaradılmasına imkan yaradır.

Yeni rəng sxemi

Loqoda müvafiq olaraq açıq və tünd göy rəngli qalxanlar təsvir edilmişdir. Əks olunan qalxan simvolu əmanətlərin sığortalanması şüarını izah edir. Rənglərə gəldikdə açıq göy rəngli simvollar qurumun dəyərlərindən biri olan “rasionallıq” mövhumunu ifadə edir. Tünd göy rəngli simvollar isə qurumun digər dəyərini – “kooperativlik” mövhumunu ifadə edir.

Açıq göy

HEX#3C7DD9
RGB60, 125, 217
CMYK72-42-0-15

Tünd göy

HEX#1C4A8A
RGB27, 74, 138
CMYK80-46-0-46

Qalxan simvollarının mərkəzindən keçən şəffaf xətt Azərbaycan Respublikasının Dövlət gerbində əks olunmuş səkkizguşəli ulduzu formalaşdırır. Müasir dünyanın dizayn sahəsində bu gün qəbul edilən əsas meyarlarını nəzərə alaraq hazırlanan loqotip öz orijinallığı ilə seçilir.

29 oktyabr 2021-ci il tarixində Əmanətlərin Sığortalanması Fondu tərəfindən 31 oktyabr “Beynəlxalq Əmanət Günü”nə həsr olunmuş tədbirdə mətbuat nümayəndələri üçün yeni loqonun təqdimatı keçirilmiş və həmin tarixdən etibarən Fondun loqosu dəyişdirilmişdir.