1) Qorunan əmanətlər üzrə kompensasiya məbləği nə qədərdir?
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, əmanətçiyə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.
2) Sahibkarlıqla məşğul olan şəxslərin hansı məbləğdə vəsaitləri kompensasiya olunur?
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.
3) Hansı əmanətlər qorunan əmanət hesab olunmur?
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsinə əsasən, qorunan əmanətlərə aid edilmir:
4) Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi nə qədərdir?
Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada olan əmanətlər üzrə 12%, xarici valyutada (ABŞ dolları, avroda və s) olan əmanətlər üzrə isə 2,5% təşkil edir.
5) Sığorta hadisəsi baş verdikdə kompensasiyaların alınması ilə bağlı məlumatlar nə zaman elan edilir?
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən, Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.
6) Kompensasiya alınması üçün nə edilməlidir?
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir.
7) Əmanətlərin Sığortalanması Fondu kompensasiyanı nə vaxt ödəməyə başlayır?
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.5-ci maddəsində qeyd edilir ki, Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər.
8) ABŞ dolları və ya digər xarici valyutada olan əmanətlər üzrə kompensasiyalar hansı valyutada ödənilir?
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə həmin əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
9) Əmanətçilərin hansı hüquqları vardır?
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən, əmanətçilərin aşağıdakı hüquqları vardır:
Qeyd edək ki, qorunan əmanətçi Fonddan aldığı kompensasiya ilə əmanəti arasındakı fərq məbləğində qanunvericiliyə müvafiq qaydada banka qarşı tələb irəli sürə bilər.
10) ƏSF iştirakçı bankların reyestrini ictimaiyyətə nə zaman açıqlamalıdır?
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə görə Fond iştirakçı bankların reyestrini hər təqvim ilinin birinci ayında, reyestrdə aparılmış dəyişikliklər haqqında məlumatı isə dəyişikliklərin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir.
Yuxarıda göstərilən suallardan əlavə olaraq Fondun “Çağrı mərkəzi”nə gün ərzində müxtəlif istiqamətlər üzrə müraciətlər daxil olur ki, həmin mövzuları aşağıdakı kimi göstərmək olar: