banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq;
maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək.
Fondun funksiyaları
iştirakçı bankların reyestrini tərtib etmək və onlara şəhadətnamələr vermək;
sığorta haqlarını yığır və onların uçotunu aparmaq;
öz əmlakını idarə etmək və ona dair sərəncam vermək;
sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparmaq və kompensasiya ödəmək;
Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan qanunla müəyyən edilmiş lazımi məlumatı və hesabatları almaq;
"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Fondun qaydalarını qəbul etmək;
öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb etmək;
öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb etmək;
iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək və bu barədə maliyyə bazarlarına nəzarət orqanıda məlumat vermək;
əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirmək.