Əmanətlərin Sığortalanması Fondu tərəfindən beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ictimaiyyətin xarici ölkədə aktiv satışları barədə məlumatlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Fondun rəsmi internet səhifəsində yeni məlumat bölməsi istifadəyə təqdim olunmuşdur.
Belə ki, Türkiyədə Əmanətlərin Sığortalanması Fondunun analoqu kimi fəaliyyət göstərən Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) tərəfindən satışa çıxarılan aktivlərə dair elanlar artıq Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində də təqdim olunacaq.
Maraqlanan şəxslər Fondun rəsmi internet səhifəsinin “Satınalmalar və aktivlər” bölməsində yerləşdirilmiş Türkiyənin “Tasarruf Mevduatı Sigorta Fonunun aktivlərinin satışı” subbölməsi vasitəsilə Türkiyədə satışa çıxarılan müxtəlif aktivlər barədə məlumatlarla tanış ola, müvafiq elanları nəzərdən keçirə və satış prosesinə dair detallı informasiya əldə edə bilərlər. Yaradılmış bu imkan beynəlxalq tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin genişləndirilməsinə, xarici aktiv satışları üzrə informasiyanın daha əlçatan formada təqdim edilməsinə, habelə potensial investor və maraqlı şəxslərin müvafiq elanlara çevik çıxışının təmin olunmasına xidmət edir.
Əmanətlərin Sığortalanması Fondu tərəfindən gələcəkdə də rəqəmsal xidmətlərin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və ictimaiyyət üçün faydalı məlumat resurslarının əlçatanlığının artırılması istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə rəqəmsal transformasiya, elektron xidmətlərin genişləndirilməsi və dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi üzrə müəyyən edilmiş strateji hədəflərə uyğun şəkildə davam etdirilir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir