Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, bankın T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesi tamamlanmışdır.
Məlumat üçün bildiririk ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Bank “BTB” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilmişdir.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 5 avqust 2026-cı il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
| # | Reyestrə daxil olma tarixi | Bankın adı |
|---|---|---|
| 1 | 30.07.07 | ASC "XALQ" BANKI |
| 2 | 30.07.07 | "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
| 3 | 30.07.07 | “ACCESSBANK” QSC |
| 4 | 30.07.07 | BANK MELLİ İRAN BAKI FİLİALI |
| 5 | 30.07.07 | "AZƏR-TÜRK BANK" ASC |
| 6 | 30.07.07 | "BANK OF BAKU" ASC |
| 7 | 30.07.07 | "BANK RESPUBLİKA" ASC |
| 8 | 30.07.07 | "KAPİTAL BANK" ASC |
| 9 | 30.07.07 | "YELO BANK" ASC |
| 10 | 30.07.07 | "RABİTƏBANK" ASC |
| 11 | 30.07.07 | "TURANBANK" ASC |
| 12 | 30.07.07 | "UNİBANK KOMMERSİYA BANKI" ASC |
| 13 | 30.07.07 | "YAPI KREDİ BANK AZƏRBAYCAN" QSC |
| 14 | 07.08.07 | "EXPRESSBANK" ASC |
| 15 | 10.09.07 | "AZƏRBAYCAN SƏNAYE BANKI" ASC |
| 16 | 04.12.07 | "BANK AVRASİYA" ASC |
| 17 | 04.12.07 | "PAŞA BANK" ASC |
| 18 | 16.01.09 | "AFB BANK" ASC |
| 19 | 26.02.09 | "BANK VTB (AZƏRBAYCAN)" ASC |
| 20 | 28.04.09 | "PREMİUM BANK" ASC |
| 21 | 15.05.15 | "ZİRAAT BANK AZƏRBAYCAN" ASC |
“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi yekunlaşıb
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib
Əmanətlərin sığortalanması sistemi ilə bağlı ictimaiyyətə təqdim olunan yanlış məlumatlara dair açıqlama
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb