Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Maliyyə sabitliyində risklərin effektiv idarə edilməsinin rolu" adlı 3 gün davam edən təlim keçirilmişdir.
Təlimdə təcrübəli və peşəkar natiqlər tərəfindən tələbələrə risk nəzəriyyələrinin qavranması və praktiki risklərin idarə edilməsi bacarıqları ilə bağlı geniş məlumat verilmişdir. Spikerlər təlim iştirakçılarını səmərəli risklərin idarə edilməsinin maliyyə sabitliyində rolu, süni intellektin köməyi ilə gözlənilən risklərin müəyyən edilməsi, habelə böhran zamanı risklərin idarə edilməsi istiqamətində tətbiq olunan tənzimləyici dəyişikliklər mövzularında maarifləndirmişdir. Üç gün davam edən təlim proqramında tələbələr praktiki olaraq investisiya portfelinin effektiv idarə olunması, risklərin qiymətləndirilməsi, azaldılması, o cümlədən onların təsirinin minimuma endirilməsi yolları ilə tanış olmuşlar.
Təlimlərin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələr ilə təltif edilmişdir.









Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər