Sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun 42,Dövlət Sərhəd Xidmətinin isə 8 hərbi qulluqçusuşəhid olmuşdur.
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin doğmalarına,yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir,Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin şəhidlik zirvəsinə ucalmış rəşadətli və qəhrəman oğullarına Allahdan rəhmət, mənfur düşmənin törətdiyi təxribat nəticəsində yaralanan hərbçilərimizə şəfa vəonların ailələrinə səbir diləyir.
Allah şəhidlərimizə rəhmət etsin.
Məkanları cənnət olsun.
“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi yekunlaşıb
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib
Əmanətlərin sığortalanması sistemi ilə bağlı ictimaiyyətə təqdim olunan yanlış məlumatlara dair açıqlama
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb