Beynəlxalq əməkdaşlığa xüsusi önəm verənƏmanətlərin Sığortalanması Fonduaparıcı ölkələrin ən qabaqcıl təcrübələrini öyrənmək üçün beynəlxalq qurumlarla əlaqələrin daha da genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə çoxillik və peşəkar fəaliyyət strategiyası ilə yanaşı əmanətlərin sığortalanması sektorunda 55-illik təcrübəyə malik olanKanadanın Əmanətlərin Sığortalanması Korporasiyası (CDIC) ilə əməkdaşlığın bünövrəsini qoymuşdur.
Aprelin 28-də baş tutmuş ilk onlayn görüşdə CDIC-nın aparıcı mütəxəssisləri tərəfindən ƏSF-nın əməkdaşlarına risk-əsaslı sığortalanma mexanizmi üzrə təqdimat nümayiş olunmuş, risk-əsaslı yığım modeliüzrəmüxtəlif tövsiyələr verilmiş, sözügedən mexanizmin CDIC tərəfindən istifadəsi barədə məlumat verilmişdir. Əmanətlərin Sığortalanması Fondu ilə Kanadanın Əmanətlərin Sığortalanması Korporasiyasının təcrübi və nəzəri məlumat mübadiləsi, bir sözlə desək qarşılıqlı əməkdaşlığının nəticəsi ölkəmizdə əmanətlərin sığortalanması sisteminin dinamik inkişafında öz müsbət bəhrəsini göstərəcəyi ilə yanaşı, sınaqdan keçmişən müasir beynəlxalq təcrübələrin Azərbaycanda tətbiqi üçün imkanlar yaradacaqdır.
Xatırladaq ki, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi çərçivəsindəƏmanətlərin Sığortalanması Fondu9 may tarixində Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) ilə İstanbul şəhərində Anlaşma Memorandumu imzalamışdır. Anlaşma Memorandumu çərçivəsində əsas əməkdaşlıq istiqamətləri və hədəflərindən biri olan Fondun insan resurslarının təcrübi və nəzəri biliklərinin artırılmasına dəstəyin göstərilməsini təmin etmək məqsədilə ƏSF-nın Maliyyə, Arxiv, Risk, habelə Beynəlxalq və ictimaiyyətlə əlaqələr üzrə çalışan əməkdaşları üçün TMSF-nın təcrübəli kadrları və təlimçiləri tərəfindən Türkiyənin İstanbul şəhərində 9-12 may tarixlərdə təlimlər təşkil edilmişdir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub