22 aprel 2022-ci il tarixində Əmanətlərin Sığortalanması Fondu Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində rəsmi görüş keçirmişdir.
Dünya Bankının bu proqramda əsas məqsədi Azərbaycan üçün Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının İnkişaf modulunu yaratmaqdır. Bu məqsədlə, 22 aprel tarixində Dünya Bankının nümayəndələri ilə Fond rəsmiləri arasında rəsmi görüş baş tutmuşdur.
Görüş zamanı, Dünya Bankı ilə Fondun fəaliyyət istiqamətləri və inkişaf perspektivləri haqqında ətraflı müzakirələr aparılmışdır.
Xatırladaq ki, Dünya Bankı Azərbaycanda FSAP çərçivəsində yer alan İnkişaf Moduluna rəhbərlik edir və bu modul maliyyə sabitliyi də daxil olmaqla maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı məsələləri əhatə edir.
“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi yekunlaşıb
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib
Əmanətlərin sığortalanması sistemi ilə bağlı ictimaiyyətə təqdim olunan yanlış məlumatlara dair açıqlama
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb