Əmanətlərin Sığortalanması Fondu tərəfindən 31 oktyabr Beynəlxalq Əmanət Gününə həsr olunmuş tədbirdə mətbuat nümayəndələri üçün yeni loqonun təqdimatı həyata keçirilmişdir.
Müasir dizayn tələblərinə uyğun olaraq dəyişən loqo daha ifadəli və yaddaqalan təsviri ilə estetik baxımdan fərqlənir. Əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, güclü idarəetmə və milli ornamentləri özündə təcəssüm etdirən yeni loqo Fondun özünəməxsus imicinin formalaşmasına imkan yaradır. Yeni loqoda müvafiq olaraq açıq və tünd göy rəngli qalxanlar rasionallıq və kooperativliyi təsvir edir. Bu qalxanların birləşməsindən isə Azərbaycan Respublikasının dövlət rəmzlərində təsvir olunan səkkizguşəli ulduz formalaşır. Dizayn sahəsində müasir dövrün əsas meyarlarını nəzərə alaraq hazırlanan yeni loqotip öz orijinallığı ilə fərqlənir.
Bundan əlavə, tədbirdə Əmanətlərin Sığortalanması Fondunun elektron auksion platformasının və kreditorlar üçün yeni yaradılan xüsusi portalın da təqdimatı həyata keçirilmişdir.
Məlumat üçün bildiririk ki, Beynəlxalq Əmanət Günü ilk dəfə olaraq 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin beynəlxalq konqresində qeyd edilmişdir.
“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi yekunlaşıb
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib
Əmanətlərin sığortalanması sistemi ilə bağlı ictimaiyyətə təqdim olunan yanlış məlumatlara dair açıqlama
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb