Azərbaycan Respublikasının Prezidenti 18 dekabr 2020-ci il tarixdə "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Sözügedən Qanununun 3-cü maddəsində "4 (dörd) il 9 (doqquz) ay müddətində" sözləri "2021-ci il 05 aprel tarixinədək" sözləri ilə əvəz edilmişdir. Bununla da, rəsmi şəkildə dekabrın 4-də qüvvədən düşən "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun müddəti 05 aprel 2021-ci il tarixədək uzadılmışdır.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti 18 dekabr 2020-ci il tarixdə "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Qüvvəyə minən yeni Qanuna əsasən "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda qorunan əmanətlərin siyahısına notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər və fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatadək pul vəsaitləri daxil edilmişdir. 05 aprel 2021-ci il tarixdən isə hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər