Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda dekabrın 4-də Azərbaycanda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad olunub.
Belə ki, AƏSF-nin işçi heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cümə axşamı imzaladığı sərəncama əsasən dekabr 4-də saat 12:00-da Fondun inzibati binasında şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Anım mərasimi Fondun Daxili Audit Xidmətinin rəisi Orxan Hüseynovun çıxışı ilə davam etmiş və vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq şücaətlərindən bəhs edilmişdir.
Allah şəhidlərimizə rəhmət etsin. Qarabağ Azərbaycandır!
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər