Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun effektiv fəaliyyəti və uğurlu idarəetmə prinsiplərinin nəticəsində bağlanmış son 4 bank üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir.Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Qorunan əmanətlər üzrə iyunun 16-dan agent bank kimi seçilmiş "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın cəmi 8432 əmanətçilərinə 201 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 74,4 %-i), iyunun 1-dən bu günə kimi isə agent bank olan "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın toplam 15212 əmanətçilərinə 358 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 88,5 %-i) kompensasiya ödənişi həyata keçirilib. Mart ayından ölkəmizdə pandemiyanın və hətta sərt karantin rejiminin hökm sürdüyü bir zamanda Fond və kompensasiyaların ödənilməsi prosesində iştirak edən agent bankların iş prinsiplərini nəzərə alsaq, Fondun yarandığı tarixdən və fəaliyyətdə olduğu müddət ərzində ilk dəfə qısa müddət ərzində ümumillikdə əmanətçilərin toplam 560 milyon manat kompensasiyalarının ödənişinin tam təmin olunması həyata keçirilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər