Vətəndaşlar sığortalanmış əmanətlərini geri alacaqlar.
Fins.az xəbər verir ki, bunu "Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev deyib
O bildirib ki. Azərbaycanda ləğv olunan 4 bankın ("AGBank", "NBCBank", "Amrahbank" və "Atabank") əmanətçilərinə kompensasiya ödənişləri bu ilinin sonunadək tamamlanacaq. Onun sözlərinə görə, ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, bu məbləğdən bu günə təxminən 544 mln. manatı ödənilib, qalan 132 mln. manatın da ödənilməsi qısa zamanda tamamlanacağı planlaşdırılır.
"Bununla bağlı bütün maliyyə problemləri həll olunub. Fondun özünün vəsaiti hesabına, həmçinin Mərkəzi Bankdan cəlb olunan kreditlər hesabına bu vəsait çox qısa zamanda kompensasiya olunacaq və vətəndaşlar sığortalanmış vəsaitlərini geri alacaqlar. Bu günə 23 231 nəfərə ödəniş olub. Toplam kompensasiya ediləcək şəxslərin sayı isə 74 min. nəfərdir", - deyə T. Piriyev qeyd edib.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər