Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə ləğv prosesində olan "Amrahbank" ASC-nin,2-3(103)-131/2020 saylı qərarı ilə ləğv prosesində olan "NBC Bank" ASC-nin,2-3(103)-129/2020 saylı qərarı ilə ləğv prosesində olan "Atabank" ASC-ninvə2-3(103)-139/2020 saylı qərarı ilə ləğv prosesində olan "AG Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılmışdır.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçünhər bir bank üzrəaşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Ləğv prosesində olan "Amrahbank" ASCüzrə -
Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan "Amrahbank" ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.
Ləğv prosesində olan "NBC Bank" ASCüzrə-
Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan "NBC Bank" ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 932
Ləğv prosesində olan "Atabank" ASCüzrə-
Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan "Atabank" ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;
Qaynar xətt – 136.
Ləğv prosesində olan "AG Bank" ASCüzrə-
Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan "AG Bank" ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)
Qaynar xətt: 135
Əlavə olaraq bildiririk ki,kreditor tələblərininqeydiyyatı 14 sentyabr 2020-ci il tarixədəkaparılacaqdır.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub