Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə "AG Bank" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "AG Bank" ASC-nin ləğvedicisi təyin edilmişdir
Bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş "AG Bank" ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) "AG Bank" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO "AG Bank" ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə) vasitəsilə həyata keçirə bilərlər.
Azərbaycan Respublikası Mərkəzi Bankında acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:
LPO "AG Bank" ASC, VÖEN | 9900019651 |
Mərkəzi Bank, VÖEN | 9900071001 |
SWIFT.BIK (AZN) | NABZAZ 2C |
SWIFT.BIK (xarici valyuta) | NABZAZ 2X |
Kod | 501004 |
Müxbirhesab AZN | AZ74NABZ01451700000000001944AZN |
Hesablaşma hesabı AZN | AZ34NABZ01350100000000061944AZN |
Müxbir hesab EUR | AZ58NABZ01452800000000007954EUR |
Hesablaşma hesabı EUR | AZ16NABZ01350200000000060954EUR |
Müxbir hesab USD | AZ51NABZ01452800000000015840USD |
Hesablaşma hesabı USD | AZ19NABZ01350200000000062840USD |
Müxbir hesab GBP | AZ90NABZ01452800000000005826GBP |
Hesablaşma hesabı GBP | AZ45NABZ01350200000000021826GBP |
LPO "AG Bank" ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:
Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan "AG Bank" ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 135
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər