Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə "AG Bank" ASC və "NBC Bank" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 13 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "AG Bank" ASC və 10 sentyabr 2007-ci il tarixdə 34 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "NBC Bank" ASC 15 may 2020-ci il tarixində "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banklara verilmiş şəhadətnamə ləğv edilmişdir.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin Sığortalanması haqqında" 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 15 may 2020-ci il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
Sıra sayı | Reyestr nömrəsi | Reyestrə daxil olma tarixi | Bankın adı |
1 | 1 | 30/07/07 | ASC "Xalq" Bankı |
2 | 3 | 30/07/07 | "Azərbaycan Beynəlxalq Bankı"ASC |
3 | 4 | 30/07/07 | "ACCESSBANK" QSC |
4 | 6 | 30/07/07 | Bank Melli İran Bakı filialı |
5 | 7 | 30/07/07 | "Azər Türk Bank" ASC |
6 | 9 | 30/07/07 | "Bank of Baku" ASC |
7 | 10 | 30/07/07 | "Bank Respublika" ASC |
8 | 11 | 30/07/07 | "Kapital Bank" ASC |
9 | 14 | 30/07/07 | "Muğanbank" ASC |
10 | 15 | 30/07/07 | "Yelo Bank" ASC |
11 | 16 | 30/07/07 | Pakistan Milli Bankının Bakı filialı |
12 | 17 | 30/07/07 | "Rabitəbank" ASC |
13 | 20 | 30/07/07 | "TuranBank" ASC |
14 | 21 | 30/07/07 | "UNİBANK" Kommersiya Bankı" ASC |
15 | 22 | 30/07/07 | "Yapı Kredi Bank Azərbaycan" QSC |
16 | 28 | 07/08/07 | "Expressbank"ASC |
17 | 31 | 10/09/07 | "Azərbaycan Sənaye Bankı" ASC |
18 | 35 | 25/10/07 | "Günay Bank" ASC |
19 | 36 | 04/12/07 | "Bank Avrasiya" ASC |
20 | 37 | 04/12/07 | "PAŞA Bank" ASC |
21 | 38 | 29/08/08 | "Naxçıvanbank" ASC |
22 | 39 | 16/01/09 | "AFB BANK" ASC |
23 | 40 | 26/02/09 | ASC "Bank VTB (Azərbaycan)" |
24 | 42 | 28/04/09 | "PREMİUM BANK" ASC |
25 | 43 | 15/04/10 | "Bank BTB" ASC |
26 | 45 | 15/05/15 | "Ziraat Bank Azərbaycan" ASC |
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub