Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə "Amrahbank" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "Amrahbank" ASC-nin ləğvedicisi təyin edilmişdir
Bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş "Amrahbank" ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) "Amrahbank" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO "Amrahbank" ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda "Milliön" ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.
Azərbaycan Respublikası Mərkəzi Bankında acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:
LPO "Amrahbank" ASC, VÖEN | 1400064171 |
Mərkəzi Bank, VÖEN | 9900071001 |
SWIFT.BIK (AZN) | NABZAZ 2C |
SWIFT.BIK (xarici valyuta) | NABZAZ 2X |
Kod | 501004 |
Müxbirhesab AZN | AZ74NABZ01451700000000001944AZN |
Hesablaşma hesabı AZN | AZ68NABZ01350100000000060944AZN |
Müxbir hesab EUR | AZ58NABZ01452800000000007954EUR |
Hesablaşma hesabı EUR | AZ50NABZ01350200000000059954EUR |
Müxbir hesab USD | AZ51NABZ01452800000000015840USD |
Hesablaşma hesabı USD | AZ87NABZ01350200000000060840USD |
LPO "Amrahbank" ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:
Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan "Amrahbank" ASC-nin baş ofisi.
Əlavə məlumat ücün əlaqə nömrəsi (+99412) 480-28-39.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub