LƏĞV PROSESİNDƏ OLAN BANKLARDA 17 MİN MANAT EKVİVALENTİNƏDƏK KREDİTOR TƏLƏBİ OLAN FİZİKİ ŞƏXSLƏRİN NƏZƏRİNƏ!

Ana səhifə / Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan "Atrabank" ASC", "Royalbank" ASC, "Kredobank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, QSC "Bank Standard" KB, "Yunayted Kredit Bank" ASC, "Texnikabank" ASC, "Dəmirbank" ASC və "Gəncəbank" ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə "Kapitalbank" ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq.

Fiziki şəxslərin kreditor tələbininödənilməsi ilə bağlı "Kapitalbank" ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.