Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul olunur.
Ləğv prosesində olan QSC "Bank Standard" KB,"Texnikabank" ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, "Azərbaycan Kredit Bankı" ASC, "Evrobank" ASC, "Birlikbank" ASC, "Debütbank" ASC və "Borçalı" KB-nin müştəriləriləğv prosesində olan "Dəmirbank" ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən "Əməliyyat İdarəsi" filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri:
(012) 444-71-71 (daxili: 500).
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər