Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci il ərzində keçirilən 35 hərracda ləğv prosesində olanQSC "BankStandard" KB, "Texnikabank" ASC, "Bank of Azerbaijan" ASC, "Zaminbank" ASC, "Dəmirbank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Royalbank" ASC, "AtraBank" ASC, "Dekabank" ASC balansındakı daşınar və daşınmaz əmlakı satıb.
Sadalanan ləğv prosesində olan banklara məxsus 13 lot üzrə daşınmaz əmlak və 136 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkasator maşınları, mebel, kompyuter və elektrik avadanlıqları, bankomat və digər bank avadanlığı satılıb.
Ləğv prosesində olan QSC "BankStandard" KB-nin balansında olan 3 ədəd daşınmaz əmlak və 63 lot üzrə daşınar əmlak, ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı 4 ədəd daşınmaz əmlak və 20 lot üzrə daşınar əmlak, ləğv prosesində olan "Dəmirbank" ASC-nin balasında olan 1 ədəd daşınmaz əmlak və 17 lot üzrə daşınar əmlak, ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 15 lot üzrə daşınar əmlak, ləğv prosesində olan "Kredobank" ASC-nin balansındakı 2 ədəd daşınmaz əmlak və 5 lot üzrə daşınar əmlak satılıb.
Bundan başqa, ləğv prosesində olan "Atrabank" ASC-nin balansındakı daşınar əmlak 7 lot üzrə, ləğv prosesində olan "Dekabank" ASC-nin balansındakı daşınar əmlak 1 lot üzrə, "Qafqaz İnkişaf Bankı" ASC-nin balansındakı daşınar əmlak 1 lot üzrə, "Royalbank" ASC-nin balansındakı 2 ədəd daşınmaz əmlak və 2 lot üzrə daşınar əmlak və "Zaminbank" ASC-nin balansındakı daşınar əmlak 5 lot üzrə satılıb.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub