Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti 16-19 oktyabr 2018-ci il tarixlərində İsveçrənin Bazel şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının (IADI) illik toplantısında və İADİ-yın Avrasiya və Asiya – Sakit Okean Regional Komitələrinin iclaslarında iştirak etmişdir.
IADI prezidenti, İcra Şurasının sədri, Yaponiya Əmanətlərin Sığortalanması Korporasiyasının direktoru Mikuniya Katsunori, ABŞ Əmanətlərin Sığortalanması Korporasiyasının sədri Yelena MakVilliams, Rusiya Əmanətlərin Sığortalanması Agentliyinin direktoru Yuri Isayev, Türkiyə Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Muhiddin Gülal,Avropa, Asiya və Latın Amerika nümayəndələrinin qatıldığı tədbirdə il ərzində aparılan işlər, İADİ-yın 2019-cü il üçün planları və budcəsi müzakirə edililb, İcra Şurasında vakant yerlərə seçkilər keçirilib.
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor vəzifəsini icra edən Vüqar Abdullayev Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrin nümayəndələri ilə müzakirə aparmış və ölkədə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi barədə məlumat vermişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər