29.09.2017
29 sentyabr 2017-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun ofisində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev və Asiya İnkişaf Bankının (AİB) "İdarəçiliyin təkmilləşdirilməsi və dövlət maliyyəsinin səmərəliliyi" Layihəsi çərçivəsində ölkəmizə səfər edən faktaraşdırıcı missiyasına rəhbərlik edən Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi üzrə baş mütəxəssisi Tariq Niazi, Maliyyə Sektoru üzrə baş iqtisadçı Joao Farinha-Fernandes və AİB-nın Azərbaycandakı Daimi Nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev arasında görüş keçirilmişdir.
Əmanətlərin sığortalanması sahəsində cari islahatlar, planlar və maliyyə sektorunda onun funksiyası ilə bağlı fikir mübadiləsi aparmaq məqsədi ilə təşkil edilmiş görüş zamanı V.Abdullayev Fondun fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verdi, ölkədə əmanətlərin sığortalanması sisteminin uğurla inkişaf etdirilməsi üçün həyata keçirilən islahatlardan, qarşıda duran başlıca vəzifələr və onların həlli yollarından bəhs etdi. Eyni zamanda görüşdə iştirak edən nümayəndə heyəti ilə Əmanətlərin Sığortalanması Fondu arasında Fondun gələcək inkişaf istiqamətləri, əmanətlərin sığortalanması haqqında qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər barədə müzakirələr aparıldı.
Görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı, qarşı tərəfi maraqlandıran suallar cavablandırıldı.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub