26.12.2017
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli, 49/1 saylı qərarı ilə “Dəmirbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası 23 dekabr 2017-ci il tarixindən ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 5 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dəmirbank” ASC 25 dekabr 2017-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilmişdir.
Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin Sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Azərbaycan Resublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 26 dekabr 2017-cı il tarixə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
Reyestr nömrəsi | Reyestrə daxil olma tarixi | Bankın adı |
1 | 30/07/07 | ASC "XALQ"Bankı |
2 | 30/07/07 | "AtaBank"ASC |
3 | 30/07/07 | "Azərbaycan Beynəlxalq Bankı"ASC |
4 | 30/07/07 | “ACCESSBANK” QSC |
6 | 30/07/07 | Melli İran Bankı Bakı filialı |
7 | 30/07/07 | "Azər-Türk Bank" ASC |
9 | 30/07/07 | "Bank of Baku" ASC |
10 | 30/07/07 | "Bank Respublika" ASC |
11 | 30/07/07 | "Kapital Bank" ASC |
13 | 30/07/07 | "AGBank" ASC |
14 | 30/07/07 | "Muğanbank" ASC |
15 | 30/07/07 | "NİKOYL" IKB ASC |
16 | 30/07/07 | Pakistan Milli Bankının Bakı filialı |
17 | 30/07/07 | "Rabitəbank" ASC |
20 | 30/07/07 | "TURANBANK" ASC |
21 | 30/07/07 | "UNİBANK" Kommersiya Bankı ASC |
22 | 30/07/07 | Yapı Kredi Bank Azərbaycan QSC |
26 | 30/07/07 | "Amrahbank" ASC |
28 | 07/08/07 | "Expressbank"ASC |
31 | 10/09/07 | "Azərbaycan Sənaye Bankı" ASC |
34 | 10/09/07 | "NBCBank"ASC |
35 | 25/10/07 | "Günay Bank" ASC |
36 | 04/12/07 | "Bank Avrasiya" ASC |
37 | 04/12/07 | "Paşa Bank" ASC |
38 | 29/08/08 | "Naxçıvanbank" ASC |
39 | 16/01/09 | "AFB BANK"ASC |
40 | 26/02/09 | BANK VTB (AZƏRBAYCAN) ASC |
42 | 28/04/09 | BANK SİLK VEY ASC |
43 | 15/04/10 | Bank "BTB" ASC |
45 | 15/05/15 | “Ziraat Bank Azərbaycan” ASC |
Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə tətbiq edilən maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində təstiq edilib və Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.
Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.
“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi yekunlaşıb
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib
Əmanətlərin sığortalanması sistemi ilə bağlı ictimaiyyətə təqdim olunan yanlış məlumatlara dair açıqlama
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb