19.12.2017
Əmanətlərin Sığortalanması FonduAzərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilələğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bir sıra bankların balansında olan daşınan və daşınmaz əmlakını hərrac yolu ilə satışa çıxarır.
Belə ki, ləğv prosesində olan QSC “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi Lancer”, 6 (altı) ədəd “Toyota Corolla”, 1 (bir) ədəd “Toyota Avalon”, 3 (üc) ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, 1(bir) ədəd “Fiat Doblo Cargo” və 1 (bir) ədəd “Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa cıxarılır.
Ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı minik avtomobilləri və 2 (iki) ədəd embosser hərraca cıxarılır.
Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayiş sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bag evi satışa cıxarılır.
Hərracaçıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. Ünvanda)16.01.2018-ci il tarixində saat 11:00 dakeçiriləcək.
Maraqlananlar əlavə məlumatıhttp://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondulinki vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər