01.08.2017
Diqqətinizə çatdırırıq ki, ləğv prosesində olan “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 87 milyon 601 min manat olmaqla onlardan 50 milyon 714 min manatı qorunan əmanətlər, o cümlədən 43 milyon 885 min manatı kompensasiya olunan əmanətlərdir. 31 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) və 662 min ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Ləğv prosesində olan “Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 77 milyon 116 min manat olmaqla onlardan 75 milyon 574 min manatı qorunan əmanətlər, o cümlədən 72 milyon 675 min manatı kompensasiya olunan əmanətlərdir. 31 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 72 milyon 196 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,3 %-i) və 478 min 626 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Ləğv prosesində olan “Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 30 milyon 191 min manat olmaqla onlardan 29 milyon 159 min manatı qorunan əmanətlər, o cümlədən 27 milyon 910 min manatı kompensasiya olunan əmanətlərdir. 31 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 27 milyon 788 min manat kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i) və 121 min 567 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Ləğv prosesində olan “Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 5 milyon 360 min manat olmaqla onlardan 3 milyon 684 min manatı qorunan əmanətlər, o cümlədən 3 milyon 127 min manatı kompensasiya olunan əmanətlərdir. 31 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 3 milyon 088 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) və 38 min 440 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Ləğv prosesində olan “Atrabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 31 milyon 024 min manat olmaqla onlardan 26 milyon 995 min manatı qorunan əmanətlər, o cümlədən 14 milyon 614 min manatı kompensasiya olunan əmanətlərdir. 31 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 14 milyon 351 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) və 263 min 316 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 11 milyon 996 min manat olmaqla onlardan 6 milyon 617 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 090 min manatı kompensasiya olunan əmanətlərdir. 31 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 2 milyon 004 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 95,8 %-i) və 86 min 452 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 milyon 499 min manat olmaqla onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. 31 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 milyon 608 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) və 3 milyon 545 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 milyon 550 min manat olmaqla onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 099 min manatı kompensasiya olunan əmanətlərdir. 31 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 milyon 807 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 86 %-i) və 262 min 484 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət27 yanvar 2017-ci il tarixindəbaşa çatmış və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilmişdir.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilmişdir.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət12 fevral 2017-ci il tarixindəbaşa çatmışdır. Ümumilikdə “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 milyon 392 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 milyon 658 min manatdan artıq kompensasiya ödənilmişdir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub