09.06.2017
Əmanətlərin Sığortalanması Fondu diqqətə çatdırır ki, “ATABANK” ASC 21.12.1992-ci il tarixdə 92 nömrəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dövlət qeydiyyatına alınmış “Caspian Development Bank (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir.
Qeyd olunanlarla əlaqədar bildirmək istərdik ki, 04 fevral 2015-ci il tarixdə 44 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Caspian Development Bank (CDB)” ASC“ATABANK” ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün Fonda üzv bankların reyestrindən çıxarılmış və ona verilən şəhadətnamə ləğv edilmişdir.
Bununla da Fonda üzv bankların sayı 31 olmuşdur.
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqtətinə çatdırır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklindəyenidən təşkil olunduqdaəmanətçinin varis banka keçmişhər bir əmanətinəmüqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.
Əlavə məlumat:
Qaynar xətt: 941, 131
994 12 596 65 91/92/93
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər