13.03. 2017
10 mart 2017-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Xəzər Universitetində təhsil alan tələbələrə Maliyyə savadlılığı layihəsi üzrə seminar keçirildi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbiri giriş nitqi ilə açaraq, müzakirə olunan mövzunun hazırki dövrdə mühümlüyünü və əhəmiyyətini nəzərə çatdırdı. Tədbirdə eyni zamanda professor, elmlər doktoru, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov da çıxış etdi.
Azad Cavadov tələbələrə Fondun missiyası barədə geniş məlumat verərək, əmanətçilərin üzv banklarda olan əmanətlərini sığortalamaqla əmanətçilərə dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə kompensasiya etməklə Ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaq, beynəlxalq standartlara cavab verən qanunvericilik bazası və professional komanda ilə əmanətçilərin maddi və mənəvi maraqlarını qorumaq, bank sisteminin stabil inkişafına dəstək verməyin əsas hədəflərimiz olduğunu diqqətə çatdırdı.
Daha sonra Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılmış, onların fikirləri dinlənilmişdir.







Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər