24.02.2017
Fond ictimaiyyətin bir daha diqqətinə çatdırır ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.02.2016-cı il tarixli, İş № 2-1 (81)-1541/2016 saylı qərarı ilə “Texnikabank” ASC müflis elan edilmiş və “M.M.M. Perfekt Konsaltinq” MMC banka ləğvedici təyin edilmişdir.
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli, İş № 2-1 (81)-154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Texnikabank” ASC-nin ləğvedicisi təyin edilmişdir.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin əvvəlki ləvedicisi tərəfindən kreditorların tələblərinin qanunvericiliyin tələblərinə uyğun aparılmamaqla natamam həyata keçiridiyi üçün Fond tərəfindən tələblərin qeydiyyatının yenidən həyata keçirilməsi zərurəti yaranmış və Fond tərəfindən kreditorların tələblərinin qeydiyyatına 15.04.2016-cı il tarixdə başlanılmış, tələblərin qeydiyyat müddəti 15.05.2016-cı il tarixdə bitmişdir. Bu barədə KİV-də məlumat dərc etdirilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər