21.02.2017
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 20 fevral 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 175 min manat (ümumi kompensasiya öhdəliyinin 98,4 %-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 54 milyon 356 min manat (ümumi kompensasiya öhdəliyinin 75 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 086 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 128 miyon 388 min manatdan artıq kompensasiya ödənilmişdir.
20 fevral 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 280 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 254 min manatdan artıq kompensasiya ödənilmişdir.
20 fevral 2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 435 milyon 313 min manatdan artıq kompensasiya ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99 %-i əmanətçilərə ödənilmişdir.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət27 yanvar 2017-ci il tarixindəbaşa çatmış və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilmişdir.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət04 fevral 2017-ci il tarixindəbaşa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min440manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilmişdir.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət12 fevral 2017-ci il tarixindəbaşa çatmışdır. 12 fevral 2017-ci il tarixədək “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilmişdir .
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 725 milyon 525 min manatdan artıq kompensasiya ödənilmişdir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub