02.02.2017
Bildiyiniz kimi müxtəlif vaxtlarda bir sıra bankarın (“Atrabank” ASC, “Kredobank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Texnikabank” ASC, “Zaminbank” ASC, “Royal Bank” ASC, “Gəncəbank” ASC, “Bank Standard” KB QSC) bank lisenziyaları geri alınmış, həmin banklar barəsində 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsi və Gəncə İnzibati-İqtisadi məhkəməsi tərəfindən müflis qərarları qəbul olunmuşdur.
Həmin bankların ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin edilib.
Hal-hazırda ləğv prosesində olan bankların müflis elan edilməsi və iflas proseduru ilə əlaqədar ləğv prosesi davam etdirilir.
Bildiririk ki, iflas proseduru çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 83-cü maddəsi rəhbər tutularaq ləğv prosesində olan bankların müfəssəl ləğv planları hazırlanmış və təsdiq edilməsi üçün müvafiq məhkəmə instansiyalarına təqdim olunmuşdur.
Məlumat üçün bildiririk ki, müfəssəl ləğv planları bankın aktivlərini və passivlərini göstərən maliyyə hesabatını, bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatları, bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabatı və s. məlumatları özündə əks etdirir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər