01.02.2017
Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışının qanunvericiliyə uyğun aparılması və bu istiqamətdə şəffaflığın təmin edilməsi məqsədi ilə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 14 noyabr 2016-cı il tarixli qərarı ilə “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə Komissiyanın fəaliyyət Qaydalar”ı təsdiq edilmişdir.
Qaydalara uyğun olaraq, əsas vəsaitlərin qiymətləndirilməsi və satışının təşkil edilməsi üçün Komissiya yaradılmışdır. Hazırda ləğv prosesində olan bankların inventarizasiyası aparılmaqla satışa çıxarılacaq əmlaklar təsnifləşdirilir.
Fondun ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə Komissiyanın 27 dekabr 2016-cı il tarixli qərarı ilə (Protokol № 002) əsas vəsaitlərin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün əsas qiymətləndiricilər MBA Ltd Məhdud Məsuliyyətli Cəmiyyəti, Azintellektservis Məhdud Məsuliyyətli Cəmiyyəti, Biləndər Məhdud Məsuliyyətli Cəmiyyəti, habelə yardımçı qiymətləndiricilər qismində İVC Beynəlxalq Qiymətləndirmə Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti və Caspian Expert Group Məhdud Məsuliyyətli Cəmiyyəti seçilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər