12.12.2016
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Parabank” ASC-nin qorunmayan əmanətçilərinin diqqətinə çatdırır ki, bankda qorunmayan əmanətlərin ödənilməsinə başlanılmışdır. Əmanətçilər ləğv prosesində olan “Parabank” ASC-yə müraciət etməklə qorunmayan əmanətlərinin 10 000 (on min) manata qədər hissəsini geri ala bilərlər.
Daha iri məbləğdə əmanətlərin geri ödənilməsinə yaxın günlərdə başlanılacaq və bu barədə Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq.
Ödənişlər ləğv prosesində olan “Parabank” ASC-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən filiallarının Müştəri Xidməti şöbələrində həyata keçirilir.
Əlavə məlumat almaq əlaqə nömrələri:
Ləğv prosesində olan “Parabank” ASC: (012) 447 10 00
Qaynar xətt: 139
Əmanətlərin Sığortalanması Fondu: (012) 596 65 91 / 92 / 93
Qaynar xətt: 941
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər