22.11.2016
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1 (81)-3618/2016 saylı qərarı ilə “Parabank”ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən qeyd edilən bankların Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.
Ləğvedici tərəfindən Məcburi ləğv elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 31 avqust 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin http://az.apa.az/ saytında və digər KİV-lərdə, 31 avqust 2016-cı il tarixdə Vergilər qəzetinin 34 (345) saylı buraxılışında elan yerləşdirilmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq,Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Parabank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 31 avqust 2016-cı il tarixdən başlanılmış və 31 oktyabr 2016-cı il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub