03.11.2016
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 2 noyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 745 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 208 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 milyon 688 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 906 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 124 miyon 547 min manatdan artıq kompensasiya ödənilmişdir.
2 noyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 176 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon manatdan artıq kompensasiya ödənilmişdir.
2 noyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya ödənilmişdir.
2 noyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 381 milyon 525 min manat artıq kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 667 milyon 072 min manatdan artıq kompensasiya ödənilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər