26.10.2016
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 25 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 936 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 025 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 23 milyon 082 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 858 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 109 miyon 901 min manatdan artıq kompensasiya ödənilmişdir.
25 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 110 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 876 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 15 milyon 986 min manatdan artıq kompensasiya ödənilmişdir.
25 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 098 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 978 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 045 min manatdan artıq kompensasiya ödənilmişdir.
25 oktyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 341 milyon 712 min manat artıq kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 612 milyon 644 min manatdan artıq kompensasiya ödənilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər