18.10.2016
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 17 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə50 milyon 974 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 milyon 979 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 850 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 104 miyon 623 min manatdan artıq kompensasiya ödənilmişdir.
17 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 902 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 846 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 15 milyon 748 min manatdan artıq kompensasiya ödənilmişdir.
17 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 038 min manatdan artıq kompensasiya ödənilmişdir.
17 oktyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 141 milyon 430 min manat artıq kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 406 milyon 839 min manatdan artıq kompensasiya ödənilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər