13.10.2016
Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-ninqorunan əmanətçilərinindiqqətinə çatdırır ki, bankda04 oktyabr 2016-cı iltarixdə sığorta hadisəsi baş vermişdir. 11 oktyabr 2016-cı il tarixdən etibarən bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb. Qeyd olunan tarixdən etibarən əmanətçilər Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin filiallarına müraciət etməklə qorunan əmanətləri üzrə kompensasiyaları ala bilərlər.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13.10.2016 il tarixindən etibarən 50 000 (əlli min) ABŞ dollar və 80 000 (səksən min) AZN məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilir.
Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə ictimaiyyət əlavə məlumatlandırılacaq. Kompensasiyaların ödənişi ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.
Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri: (012) 596 65 91/92/93 və“941” qaynar xətt
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub