11.10.2016
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 802 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 milyon 184 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 836 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 103 miyon 677 min manatdan artıq kompensasiya ödənilmişdir.
11 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 830 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 816 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 15 milyon 646 min manatdan artıq kompensasiya ödənilmişdir.
11 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 955 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 974 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 021 min manatdan artıq kompensasiya ödənilmişdir.
11 sentyabr 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 8 milyon 230 min manat artıq kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 272 milyon 577 min manatdan artıq kompensasiya ödənilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər