29.09.2016 / 9:00
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 28 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 570 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 49 milyon 004 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 milyon 181min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 772 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 101 miyon 527 min manatdan artıq kompensasiya ödənilmişdir.
28 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 282 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 699 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 14 milyon 981 min manatdan artıq kompensasiya ödənilmişdir.
28 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 878 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 894 min manatdan artıq kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 261 milyon 402 min manatdan artıq kompensasiya ödənilmişdir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub