23.09.2016 / 9:00
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 22 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 415 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 46 milyon 908 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 16 milyon 865 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 98 miyon 951 min manatdan artıq kompensasiya ödənilmişdir.
22 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 milyon 598 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 625 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 14 milyon 223 min manatdan artıq kompensasiya ödənilmişdir.
22 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 870 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 886 min manatdan artıq kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 258 milyon 060 min manatdan artıq kompensasiya ödənilmişdir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub