07.09.2016 / 9:00
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 06 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 milyon 933 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 40 milyon 581 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 16 milyon 434 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 758 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 81 miyon 706 min manatdan artıq kompensasiya ödənilmişdir.
06 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 11 milyon 097 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 514 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 12 milyon 611 min manatdan artıq kompensasiya ödənilmişdir.
06 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 554 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 709 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 725 min manatdan artıq kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 239 milyon 042 min manatdan artıq kompensasiya ödənilmişdir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub