31.08.2016 / 9:00
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 30 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 milyon 181 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 37 milyon 112 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 11 milyon 948 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 659 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 72 miyon 902 min manatdan artıq kompensasiya ödənilmişdir.
30 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 7 milyon 350 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 231 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 8 milyon 581 min manatdan artıq kompensasiya ödənilmişdir.
30 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 061 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 604 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 560 min manatdan artıq kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 226 milyon 43 min manatdan artıq kompensasiya ödənilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər