26.08.2016 / 9:00
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 25 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20 milyon 699 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36 milyon 513 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 9 milyon 946 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 473 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 69 miyon 631 min manatdan artıq kompensasiya ödənilmişdir.
25 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 138 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 883 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 4 milyon manatdan artıq kompensasiya ödənilmişdir.
25 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 052 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 504 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 451 min manatdan artıq kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 218 milyon manatdan artıq kompensasiya ödənilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər