25.08.2016
Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 saylı qərarı ilə “Qafqaz İnkişaf Bankı”ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust 2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlamış və “Qafqaz İnkişaf Bankı” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmış, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı Qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı”ASC-yə ləğvedici təyin olunmuşdur.
Bununla əlaqədar olaraq müflis elan edilmiş Banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
– kreditorun adı ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941