25.08.2016 / 9:00
Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 24 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,3 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 34,1 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 9,9 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,4 milyon manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 66,7 milyon manatdan artıq kompensasiya ödənilmişdir.
24 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 1,2 milyon manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 629 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 1,8 milyon manatdan artıq kompensasiya ödənilmişdir.
24 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895,5 min, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,5 milyon manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144,3 milyon manatdan artıq kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 212 milyon manatdan artıq kompensasiya ödənilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər