Azərbaycanın azadlığı vəərazi bütövlüyü uğrunda mübarizətarixinəqəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizəqarşıərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən vəkeçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinəvəmeydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinəqarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyəgətirib çıxardı. Həmin faciəli günlərdəöz ölkəsinin, xalqının azadlığını, şərəf vələyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərəkşəhidlik zirvəsinəucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilənəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinədözməyən, öz azadlığına, müstəqilliyinəcan atan xalqımızın həm dəmübarizliyini,əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsindəuzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyəqovuşduq vəölkəmiz suverenlikəldəetdi.
Bu qanlı hadisələrdən illər keçməsinəbaxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərəöz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşındaəbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub