21-22 dekabr 2015-ci il tarixlərdə Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşkil etdiyi treninqdə iştirak etdilər. Treninqin mövzusu “Kompensasiyaların ödənilməsi zamanı proqram təminatının rolu” idi. Treninq zamanı qonaqlar sığorta hadisəsi zamanı Fond tərəfindən əməliyyatların avtomatlaşdırılması məqsədilə istifadə etdiyi xüsusi proqram təminatı ilə yaxından tanış oldular. Bundan əlavə Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Fondun “Əmanətçilərə kompensasiyaların ödənilməsi üçün agent bankın seçilməsi Qaydaları” ilə maraqlandılar. Onları maraqlandıran suallar Fondun nümayəndələri tərəfindən cavablandırıldı. Qonaqlara sonda şəhadətnamələr və dəyərli hədiyyələr təqdim olundu. Qonaqlar treninqdən məmnun qaldıqlarını bildirdilər.




Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər