Azərbaycan Respublikasının Mərkəzi Bankı, Əmanətlərin Sığortalanması Fondu və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində tələbələr üçün“Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol”adlı müsabiqə xarakterli təlimin davamı olaraq 18 dekabr, 2015-ci il tarixində Fond nümayəndələri tərəfindən müsabiqənin 2-ci mərhələsinə keçən tələbələr üçün “Əmanətlərin sığortalanması” mövzusunda sessiya keçirildi. Budəfəki təlim də tələbələr tərəfindən maraqla dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı. Sonda tələbələrə Əmanətlərin Sığortalanması Fondunun buklet, flayerləri və xüsusi hədiyyələri paylanıldı.
Layihəni uğurla başa vurmuş tələbələr arasından 2 nəfər Əmanətlərin Sığortalanması Fondunda təcrübəçi olmaq imkanını əldə edəcək.

Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər